Bakıda “Xoş Əhval” adlı konsert baş tutacaq. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az xəbər verir.
Kazım Sübhanın aparıcılığı ilə tədbir “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında iyulun 27-si saat 19:30-da keçiriləcək. Musiqi axşamında Aygün Şükürova və Xəyyam Mustafazadə səhnəyə çıxacaqlar.
Həmçinin tədbirdə hədiyyəli musabiqələr olacaq. Giriş sərbəstdir.