Bakının Nəsimi rayonu, Füzuli küçəsində, "28 Mall"un arxasında yerləşən dayanacaqda "Toyota Prius" markalı, 90-XY-881 dövlət nömrə nişanlı taksi avtomobili avtobuslar üçün yolu kəsib. Bu haqda bu gün, 13 aprel tarixində Avtosfer.az məlumat verib.
Şahidlərin sözlərinə görə, taksi sürücüsü avtomobildə burnunun içinin tüklərini kəsirdi. Həmin vaxt avtobuslar öz zolağından dayanacağa girə bilməyiblər.