Buzovna qayalıqları hələ də tam azad olunmayıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Qəsəbə sakini, ekofəal Seyfulla Azərin sözlərinə görə, ərazini 9 qanunsuz tikinti zəbt etmişdi. Onun 3-ü tam, 2-si isə yarımçıq sökülüb. Qalan 4 tikintiyə isə heç kim əl vurmur.
“Nə qədər çalışsaq da, səsimiz eşidilmir. Tələb edirik ki, qanunvericiliyə uyğun olaraq, Buzovnadakı sahil zolağı qanunsuz tikililərdən azad edilsin”, - deyə ekofəal vurğulayıb.
O, qayalıqlar ərazisində 40 iməcilik keçirdiklərini və buradakı zibilləri yığışdırdıqlarını da əlavə edib.
Ötən ilin İyun ayından etibarən, müvafiq göstərişə görə, Buzovna qayalıqları sakinlərin istifadəsinə verilməlidir.