Hava şəraiti ilə əlaqədar DİN sürücülərə müraciət edib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün polis xidmətdədir.
Daxili İşlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib. Sürücü və piyadalardan yola çıxarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur.