top
DƏHŞƏTLİ HADİSƏ: Ata qızını ZORLAMAQ İSTƏDİ
23 yanvar 2025, 06:03
- ↺ +

DƏHŞƏTLİ HADİSƏ: Ata qızını ZORLAMAQ İSTƏDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ata qızına qarşı seksual hərəkətlər edib.

Gencexeber.az xəbər verir ki, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilib.

Belə ki, Qabil Əliyev (ad şərtidir) 1981-ci ildə Gəncə şəhərində dünyaya gəlib.  Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olub. Lakin işlə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərində kirayə mənzildə yaşayıblar. 2021-ci ilin yanvar ayından 2024-cü ilin mart ayına qədər 17 yaşlı qızı Lamiyə Əliyevaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Bu hadisələr Lamiyənin 13 yaşı olduğu zaman başlayıb. Arvadı Gülçin Əliyevanın (ad şərtidir) evdə olmadığı vaxtlardan istifadə edərək, Qabil cinsi ehtirasını ödəmək üçün qızından istifadə edib.

Qabil Əliyev Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual hərəkət) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qabil Əliyev özünü təqsirli bilməyib. İfadəsində göstərib:

“Qızım mənə böhtan atır. Böhtan atmağa da onu əmisi, yəni qardaşım vadar edib. Həm də qızım cavan oğlanlarla əlaqə saxladığı və ərə getmək istədiyi üçün onu 2 dəfə döymüşəm. Buna görə məndən heyf çıxır”.

Məhkəmə iclasında zərərçəkmiş Lamiyə Əliyeva ifadə verib:

“Atamın bu addımı ilk dəfə 2021-ci ildə olub. O zaman mənim 13 yaşım vardı. Anam səhər 5-6 arası durub işə getdi. Atam otağıma gələrək əlini bədənimə toxundurub sığallamağa başladı. Ona olmaz belə şey dedim. Bu sözdən sonra mənə əsəbiləşib otaqdan çıxıb getdi. 14 yaşım olandan sonra yenə eyni qaydada atam gəlib mənə seksual hərəkətlər etmək istədi. Amma icazə vermədiyim üçün məqsədinə nail ola bilmirdi.

2022-ci ilin avqust ayında atam otağıma gələrək mənə mobil telefon hədiyyə edəcəyini, əvəzində isə onun istəyini yerinə yetirməyimi dedi. Yenə razı olmadım. 2024-cü ildə yenə otağıma gəlib bu dəfə döyərək istəyini yerinə yetirməyə başladı. Həmin il balaca qardaşım öldüyü üçün atam bir gün otağıma gəldi. Dedi ki, baxıcıya gedib və ona bəd-nəzərin götürülməsi üçün mənim bədənimdən öpülməsi bildirilib. Buna razı olmasam da, atam məni döyərək məcbur etdi. Bədənimdən öpməyə, sığallamağa başladı.

Bir gün telefonda mənim başıma gələn hadisənin başqa qızın da yaşadığını gördüm. Həmin qız atasını ifşa etmək üçün səs yazısını qeydə alıb. Mən də eyni onun kimi etdim. Atamın mənimlə birlikdə olmaq istədiyini dediyi zaman səsini yazdım. Daha sonra polisə şikayət etdim.  O, düzgün ifadə vermir. Əmim atama qarşı ifadə verməyim üçün heç bir təzyiq etməyib”.

Məhkəmə iclasında şahid qismində dindirilən Lamiyə Əliyevanın anası Gülçin Əliyeva deyir ki, ərinin qızına qarşı etdiyi hərəkətlərdən məlumatı olmayıb:

“JEK-də xadimə işlədiyim üçün səhər saat 5-dən ərazini yığışdırmağa gedirəm. Ərim və uşaqlarım isə evdə qalırdı. 2024-cü ilin mart ayında axşam vaxtı polis əməkdaşları məni və ərimi bölməyə dəvət etdikdən sonra hadisədən xəbərim olub. Qızıma inanıram, ərimə isə layiqli cəza verilməsini tələb edirəm”.

Məhkəmədə səs yazılar olan disk tədqiq edilib. Səs yazılarında olan məlumatla Qabil Əliyevin törətdiyi cinayət təsdiqini tapıb. Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Qabil Əliyev 17 il müddətində azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər