top
“Dilbər xanım dəlixanada yatmayıb, onun Müşfiqə olan sevgisinin şahidi mən idim” - Şairin qızı 
14 yanvar 2025, 22:33
- ↺ +

“Dilbər xanım dəlixanada yatmayıb, onun Müşfiqə olan sevgisinin şahidi mən idim” - Şairin qızı 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Müşfiq ümumiyyətlə möhkəm adam idi, çünki repressiya dövründə həbs olunandan güllələndiyi ana qədər ən ağır cəzalar bəlkə də Müşfiqə tətbiq olunmuşdu. O, bütün bunlara tab gətirirdi”

Bunu moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunus Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O, daha sonra Müşfiqin dünyasını dəyişən oğlundan danışıb:

“Bilirsiniz ki, Müşfiqlə Dilbərin oğlu doğulub. Yalçın adını verdikləri körpə 8 ayında dünyasını dəyişib. Müşfiqin övladı vəfat etdiyi zaman onun keçirdiyi hislərlə bağlı nələrisə danışmaq çətindir. O səbəbdən Müşfiqin öz övladını itirərkən iztirabını necə dilə gətirdiyini sizə tam dəqiqliklə nəql edə bilmərəm. Atamın və digər böyüklərimizin (Müşfiqi şəxsən görənləri, yanında olanları nəzərdə tuturam) xatirələrinə əsasən deyə bilərəm ki, hər bir valideyn kimi Müşfiqdə öz övladını itirərkən çox kədərlənib, çox sarsılıb, lakin kişilər daha möhkəm olduqları üçün və Müşfiq də bir şair olduğu üçün o öz yaşadığı hisləri öz əsərlərində göstərirdi. Əminəm ki, Müşfiq repressiya olunarkən məhv olunan əsərləri arasında öz övladına həsr etdiyi hər hansısa bir əsəri olub. Bu əsərdə də mütləq ki, övlad itkisi yaşayarkən olan hislərini lazımınca büruzə etməyə çalışmışdır”.

Reyhanə İsmayılzadə Müşfiqin xanımı Dilbərlə bağlı yazılanlara da aydınlıq gətirib:

“Yazırlar ki, Dilbər xanım dəlixanada yatıb. Bildiyim qədərilə o dəlixanada yatmayıb. Həbs olunduğu müddətdə gördüyü əzab-əziyyət səbəbilə psixoloji problemləri yarandığına görə bir psixi dispanserdə müalicə alıb. Dilbər xanım bəzi səbəblərdən yenidən ailə qurmaq məcburiyyətində qalsa da Müşfiqi tanıdığı gündən bu dünyadan köçdüyü günə qədər ona olan sevgisini qəlbində yaşatdı, “Müşfiqli günlərim” adlı nacizanə bir əsər yaratdı. O Müşfiqi heç vaxt unutmadı. Hətta mən o əsəri sevgi dastanı adlanırardım. Dilbər xanımın Müşfiqə olan sevgisinin şəxsən mən şahidiyəm. Dəfələrlə də bu hadisəni öz müsahibələrimdə qeyd etmişəm. Mən 8-ci sinifdə oxuyarkən Balacaxanım bibim can verirdi, lakin Müşfiq deyə sayıqlayırdı, atam (Mikayıl Müşfiqin əmisioğlu - şair-qəzəlxan Yunus İsmayılzadə) və biz nə edəcəyimizi bilmirdik ki, o rahatlıq tapa bilsin. Sonunda Müşfiqin ədəbiyyat kitabının içində olan şəklini və xalq artistimiz Zeynəb Xanlarovanın ifasında “Qal, sənə qurban” mahnısının olduğu plastinkanı (onun da üzərində Müşfiqin şəkli var idi) Balacaxanım bibinin ürəyinin üstünə qoyduq, lakin bu da fayda etmədi. Valideynlərim məsləhətləşdi ki, Dilbər xanımı çağıraq, mən qohumumuz, jurnalist Məryəm xanımla Dilbər xanımın evinə onu çağırmağa getdim. İçəri girdiyim zaman donub qaldım, sanki Müşfiq dünyasına düşmüşdüm, evin hər yeri Müşfiqin və onların birlikdə olan şəkilləri ilə dolu idi. Həmin andan mən Müşfiq-Dilbər sevgisinin necə möhkəm və əbədi sevgi olduğunu daha yaxşı anladım”.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər