top
Əməkdar artist 20 Yanvar şəhidi olan atasından danışdı - FOTOLAR
20 yanvar 2025, 04:46
- ↺ +

Əməkdar artist 20 Yanvar şəhidi olan atasından danışdı - FOTOLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əməkdar artist, teatr və kino aktrisası Məsmə Aslanqızı 20 Yanvar şəhidi olan atasından bəhs edib.

Modern.az xəbər verir ki, aktrisa atası Aslan Ağaverdiyevi çox erkən yaşda itirdiyini bildirib:

“Atam şəhidlik zirvəsinə yüksələndə mənim 12 yaşım var idi. Mənim əziz atam! 35 ildir şəhidlik zirvəsinə yüksəlib Allahın dərgahındasan! Bilirəm ki, ruhun daim bizimlədir. Sevincimizin də, kədərimizin də şahidisən. Bilirəm ki, ruhun bizə duaçıdır! Bunu 35 ildir bütün varlığımla hiss edirəm! Bu gün adəti üzrə bütün əzizlərin evimizə yığışıb Sənə və digər Şəhidlərimizə dualar oxuyurlar. Cənnətdəki dostlarına de ki, narahat ruhları sakitləşsin! Biz Sizi unutdurmadıq! Hər kəs layiqli cavabını alacaq! Bunu Sənə və bütün 20 Yanvar Şəhidlərinə söz verirəm! Allah sizə rəhmət eləsin”.

Məsmə Aslanqızı atasının xatirəsinə tikilən bulaqdan da danışıb:

“Anam Zərifə xanım illərdir yaşadığı Şağan qəsəbəsində öz hesabına Şəhid atamın adını daşıyan bulaq tikdirib. Soruşanda ki, bu qədər su pulunu necə verəcəksən, sən Hacı Zeynalabdin deyilsən axı, cavabı belə oldu: “Neçə ildir atanın şəhidlik təqaüdünü alırıq, elə o təqaüddən də suyun pulunu verəcəyəm, əvəzində hər dəfə Aslanın ruhuna dualar oxunacaq”. Mərd, qızıl ürəkli anam…”.

Aslan Ağaverdiyev 24 avqust 1952-ci ildə Bakıda anadan olub. 1990-cı il yanvarın 20-nə keçən gecə saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlib, orada Sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri çəkib, onların qarşısında cavanlarla birlikdə dayanıb. Saat 00:01 radələrində atəş əmri verilərkən qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanlar (Aslan Ağaverdiyev daxil olmaqla) gülləbaran edilib.
Aslan Ağaverdiyev bu hadisədə yaralanıb, güllə onun nazik və yoğun bağırsaqlarını, mədəsini və böyrəyini zədələyib. Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunub. Ona vurulan qan bədənində dövran etmədiyinə görə yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Üç qızı yadigar qalıb.

Bakıdakı 31 nömrəli məktəb şəhidin adını daşıyır.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər