Bakının Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qanunsuz tikilən obyektlər sökülüb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Sökülmə işləri FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
FHN qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.