Ötən gün, noyabrın 15-i Fransa Senatında anti-Azərbaycan qətnaməsi ilə bağlı səsvermənin nəticələrinə görə, 295 deputat lehinə, 1 nəfər əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb. Bu haqda bu gün, 16 noyabr tarixində AzFront Telegram kanalı məlumat verib.
RDPI parlament qrupunun deputatı Nikol Durantonun izah etdiyi kimi, bu qətnamə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyini bir daha təsdiq edir” və belə bir tanınma “Fransanı davamlı sülhün bərqərar olması üçün vasitəçi rolunu oynamaq imkanından məhrum edir”.
O qeyd edib ki, “RDPI qrupunun əksəriyyəti konstruktiv bitərəf mövqe tutmaq qərarına gəlib ki, bu, aktuallığı inkar etmir, lakin belə bir qətnamə layihəsinin məqsədəuyğunluğuna ciddi və dərin şübhələr ifadə edir”.