Paytaxtın Xətai rayonu, Gəncə prospektində sakinlər su problemi ilə üzləşiblər. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, bir müddət öncə qurumlar sakinlərin quraşdırdıqları su çənlərini sökmüşdür ki, içməli suyun verilişi daimi olacaq. Ancaq bir neçə aydır içməli su fasilələrlə verilir.
“Keçən il damdakı bütün çənləri götürdülər. İndi də arada axşam 8-ə qədər su olmur”, - deyə sakinlər şikayət edirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildirildi ki, hazırda içməli su həmin əraziyə fasilə ilə verilir. Gələcəkdə daimi suyun verilməsi nəzərdə tutulub. Çənlərə gəldikdə isə sakinlər 500 litrlik çənlər quraşdıra bilərlər, ancaq damlara çənlərin quraşdırılması qadağandır.