Bakının Nəsimi və Səbail rayonlarında gecə saatlarında qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə Z.Əliyeva keçəsi ilə R.Zorge küçələrinin kəsişməsində yeraltı qaz xəttində baş vermiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.
Təmir zamanı Neftçilər prospekti, Ü.Hacıbəyov, Xaqani, D. Əliyeva, Puşkin, Zorge, Z.Əliyeva küçələrində 1000 istehlakçı qazsız qalacaq.