top
General Mirdaməd Əzizov əslində kimdir? - 26 nəfərə qarşı DƏLƏDUZLUQ İŞİ
14 yanvar 2025, 06:22
- ↺ +

"General" Mirdaməd Əzizov əslində kimdir? - 26 nəfərə qarşı DƏLƏDUZLUQ İŞİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

26 nəfərə MİDA-nın mənzillərinin satmaq adı ilə dələduzluq edən "general"ın növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər dindirilib.

İlk olaraq zərərçəkən Hüseynova Arzu Fazil qızı ifadə verərək bildirib ki, Mirdaməd Əzizov onun qonşusu olub: "Bilirdim ki, MİDA-da mənzil işinə baxır. 4 otaqlı mənzil üçün 30 min manat ödəmişəm, 2023-cü ilin noyabr, dekabr aylarında pulu 2 dəfəyə vermişəm. Yeganə sənəd olaraq şəxsiyyət vəsiqəmi almışdı. Dəymiş ziyandan heç nə ödənilməyib".

Təqsirləndirilən şəxs tezliklə Arzu xanımın pulunu qaytarmaq istədiyini bildirdi.

Sonra digər zərərçəkən Bahəddin Kazımov ifadə verdi: "2023-cü ilin yay aylarında 2 otaqlı mənzil üçün ilkin ödəniş kimi 6 min pul vermişəm. Yasamalda ev alqı-satqısı ofisi var idi, oradan tanımışam. Mirdaməd özünü hər hansı qurumun əməkdaşı kimi təqdim etməyib".

Şahid qismində Novruz Verdiyev danışıb. Onun sözlərinə görə, Mirdamədi ziyalı bir insan kimi tanıyıb: "Tanışlarıma demişəm ki, Mirdaməd ev işinə baxır. 3 nəfər şəxsdən 46 min manat pul alıb Mirdamədə vermişəm. Özüm əvvəl bankda çalışmışam. Mirdaməd "Qafqaz-media" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri idi, tədbirlərdə iştirak edən zaman oradan tanımışam".

Digər şahid QHT sədri, millət vəkilliyinə namizəd Xalid Mirzəyev dedi ki, Mirdaməd Əzizovu özünü nəşriyyatda general kimi təqdim etdiyini eşidib: “Mənzil almaqla bağlı 3 şəxsdən pul alıb inanıb, güvənib vermişəm Mirdamədə. Hər üç şəxslə birlikdə Mirdamədlə görüşmüşük”.

Təqsirləndirilən şəxs özünü general kimi təqdim etmədiyini bildirdi.

Qeyd edək ki, Mirdaməd Əzizov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Mirdaməd Əzizovun cinayət işi üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.

Mirdaməd Əzizovun həbsindən sonra barəsində yayılan məlumatlarda iddia olunur ki, o, özünü MİDA-nın vəzifəli şəxsi, general, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim edirmiş.

 

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər