Bakıda xaricdə təhsil ilə əlaqədar ödənişsiz seminar keçiriləcək. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az “Cavan” Gənclər Hərəkatına istinadən xəbər verir.
Seminarda xarici universitetlərə qəbul şərtləri, təqaüd və mübadilə proqramları, düzgün universitet və ixtisas seçimi, müraciət mərhələləri və digər lazımi sənədlər haqqında məlumatlar paylaşılacaq.
Seminarın təlimçisi 20 illik təcrübəyə malik “Fred's English” Beynəlxalq İngilis dili Mərkəzinin təsisçisi və rəhbəri Firdovsi Kərimov olacaq.
Tədbir 17 noyabr saat 15:00-da başlayacaq. İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Ünvan: “Globus Center”, 13-cü mərtəbə.