Bakının Nəsimi rayonu, Kiçik Dəniz, 18 ünvanında yerləşən qəzalı binanın eyvanları hər an səkiyə uça bilər. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az məlumat verir.
Beləliklə, qeyd olunan ünvanda yerləşən üçmərtəbəli binadan sakinlər köçürülüblər. Şəhər sakinlərinin sözlərinə görə, bir müddət sonra burada söküntü işləri nəzərdə tutulub. Lakin işlər başlandıqdan əvvəl də çürümüş konstruksiyalar hər an səki ilə hərəkət edən piyadaların üzərinə uça bilər.
Məsələ ilə bağlı Bakuplus.az redaksiyasına müraciət edən Bakı sakinləri aidiyyəti qurumlardan müvafiq tədbirlər görməyi xahiş edirlər.
[caption id="attachment_107962" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]