İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan məktəblinin vəziyyəti məlum olub.
Bu barədə trend.az-a TƏBİB-dən bildirilib ki, 18.01.2025-ci il tarixində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq “Yeni Klinika”ya yerləşdirliən 1 nəfərin ( qadın cinsli) vəziyyəti kritik ağır olaraq qiymətləndirlir.
"Xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır", - qurumdan əlavə edilib.