İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə “Yeni Klinika”da müalicə olunur.
Bakuplus.az xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı şəxsi sosial şəbəkə hesabında məlumat yayıb. O, məktəblini müalicə edildiyi xəstəxanada ziyarət edib.
S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə də maraqlanıb.
Qeyd edək ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.