top
İnsanlar niyə xəsis olur? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA
04 fevral 2025, 04:08
- ↺ +

İnsanlar niyə xəsis olur? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəsislik mövzusu demək olar ki, bütün dövrlərdə aktual olub. Xəsisliklə bağlı müxtəlif fikirlər irəli sürülür. Bunu iqtisadi amil ilə əlaqələndirənlər də az deyil.

Xəsislik, adətən, başqalarına yardım etməmək, öz resurslarını və var-dövlətini çox ehtiyatla istifadə etmək və minimal səviyyədə paylaşmaq kimi bir davranış tərzini ifadə edir. Xəsis insan yardım etməkdən çəkinir və yalnız öz mənfəətini ön planda tutmağa meyillidir. Bu davranış, bəzən insanın digər şəxslərlə dərin və etibarlı əlaqələr qurma bacarığını da azaldır.

Bəs görəsən, xəsislik xarakterdir, yoxsa sonradan yaranır? Psixoloji və sosioloji tərəfləri nələrdir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Gülər Məmmədovanın sözlərinə görə, xəsislik insan xarakterinin bir xüsusiyyətidir:

“İnsan psixoloji olaraq yaşam boyu müəyyən cəhətləri mənimsəyir və fərqli xüsusiyyətlərə sahiblənir. Onlardan biri də onun bu həyatdan mənimsədiklərinə qarşı yanaşmasıdır. İnsanın həyatı boyu üzləşdiyi-üzləşmədiyi, qazanıb-qazanmadığı olur. Bir insan digər insanlar əhatəsində yaşadığına görə daim gözləntiləri olur. Sanki tam olmaq üçün hər şey əldə etmək istəyir. Tam olmaq üçün insan sanki bu dünyanın bütün naz-nemətini dadmaq və bu dünyada hər bir insanın sahibləndiyi bir çox şeylərə sahiblənmək istəyir. Buna nail olmadığı təqdirdə onda xəbislik kimi bir xüsusiyyət yarana bilir. Məndə yoxdursa, onda da olmasın. Onda varsa, məndə niyə yoxdur. Həzm edə bilmir, qəbullanmır”.

G.Məmmədova qeyd edib ki, bu, insanda patoloji bir hala çevrilərsə, müalicə olunmalıdır:

“Müalicə odur ki, insan özündəki xüsusiyyətin fərqinə varıb, dərk edir. Və onunla mübarizə aparmağa çalışır ki, bu yaxşı bir xüsusiyyət deyil, məni uçuruma aparır. Doğmalarım ilə münasibətim korlanır. Bunun fərqinə varan insan bu problemi təhlil etməyi bacarmalıdır. Fərqinə varmayan insan isə dost -tanış aspektindən zəngin olmur. Bu cür insanları cəmiyyətdə müsbət qarşılamırlar. Onlar xəbisliklərini gizləyə bilmirlər. Davranışlarında, sözlərində bunu büruzə verirlər. Həyatı dərk etdikcə insan özünü tərbiyə etmək istəyir”.

Sosioloq Üzeyir Şəfiyev əlavə edib ki, insanda bəzi vərdişlər və xarakterik əlamətlər sosiallaşma institutlarında formalaşır:

“Bu sosiallaşma institutları ailə, məktəb və kollektiv mühiti ola bilir. Bir də insanın oxuduğu ədəbiyyat, bədii əsərlər, kütləvi informasiya vasitələri insanlara necə təsir göstərirsə, onda hansı xarakteri formalaşdırırsa, insan həmin təsirin dairəsində olur. İnsan həm də mühitin diktə etdiyi kimi olur. İnsan valideynlərindən daha çox zamanın, mühitin övladı olur.

Bəzən insanlar çətin duruma düşür. Ehtiyac içərisində yaşadığına görə, məcbur qənaət tərzini özündə formalaşdırır. Bu qənaət tərzi onda xəsislik kimi bir tərz və xarakter yaradır. Əlbəttə, bu zaman-zaman formalaşan bir nəsnədir”.

Ekspert bildirib ki, bəzən xəsislik genetik də ola bilir:

“Kimsə xəsis insan görəndə deyir bunun babası da, nənəsi də elə idi. Sanki babasında və nənəsində gördüyünü təqlid edir. İnsanda paylaşmamaq, səxavət hissinin azlığı olur. Elə insan var ki, bölüşməyi, paylaşmağı bacarmır. Xarakterik cizgidir. Xarakter heç də anadangəlmə olmur. Həyat bunu formalaşdırır.

Xəsislik sonradan qazanılan və ya genetik də ola bilir. Bəzən patoloji səviyyəyə də çatır. Varlı insanlar var ki, öz yaxınlarına belə xəsislik edir. Dostlarına, övladlarına heç bir məsrəf etmir”.

“Ədəbiyyatın da rolu var. Ədəbiyyat insanlara humanizm, paylaşmaq, səxavət və bölüşmək hissi aşılamalıdır. Bu baxımdan həm uşaq ədəbiyyatında, həm də bütövlükdə bədii ədəbiyyat nümunələrində belə dəyərlər - səxavət və paylaşmaq hissi aşılanmalıdır ki, uşaqlarda səxavət hissi və paylaşmaq mədəniyyəti formalaşsın, uşaqlar da xəsis olmasınlar. Çünki xəsis insan özünə qapana da bilər. Belə insanlar cəmiyyət tərəfindən qəbul olunmur, kənarlaşdırılır. Cəmiyyət ilə həmin insan arasında bir ziddiyyət yaranır. Həmin adam cəmiyyətə kin püskürür. Sosiallaşma sağlam olmalıdır ki, belə xarakterik cəhətlər olmasın”, - deyə Ü.Şəfiyev əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər