Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.
Məlumata görə, nəticədə 21 piyada ölüb, 24-ü isə xəsarət alıb.
"Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", - NİİM-dən bildirilib.