Bakının Yasamal rayonunda təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bakuplus.az xəbər verir ki, bu barədə "Azərişıq" ASCməlumat yayıb.
Bildirilib ki, məhdudiyyət Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov və Vasif Əliyev küçələrinin bir hissəsini əhatə edəcək.
Təmir işlərindən sonra ərazidə elektrik təchizatının daha keyfiyyətli və dayanıqlı olması nəzərdə tutulur.