top
Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti
Bu gün, 11:00
- ↺ +

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Maştağa kəndində anadan olan Hacıağa Abbasov ömrünü Azərbaycan teatrının inkişafına və xalqın maariflənməsinə həsr edib.

Səhnə fəaliyyətinə 1905-ci ildə M.F.Axundzadənin "Hekayəti Molla İbrahimxəlil Kimyagər" əsərində Molla İbrahimxəlil rolu ilə başlayıb. Komik rolları ilə tanınan sənətkar aktyorluqla yanaşı, rejissorluq və dramaturgiya ilə də məşğul olub. Özünün yaratdığı Tənqid-Təbliğ Teatrına rəhbərlik edib, yeni aktyor nəslinin yetişməsində mühüm rol oynayıb.

Maraqlı fakt: rus ədəbiyyatına, xüsusilə yazıçı Lev Tolstoyun yaradıcılığına böyük maraq göstərən Hacıağa Abbasov 1907-ci ildə ədibin yaşadığı Yasnaya Polyanaya gedərək böyük yazıçı ilə şəxsən görüşüb. O, Tolstoyun əsərlərini tərcümə edir və səhnələşdirirdi.

Hacıağa Abbasov böyük satirik Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində müəllim işləyib. Özü də doğma Maştağada məktəb yaradaraq maarifçilik fəaliyyətinə töhfə verib, kəndlərdə məktəblərin açılması və qızların təhsilə cəlb olunması üçün çalışıb. Gənc istedadların yetişməsinə də xüsusi diqqət yetirib. Onun köməyi ilə Adil İsgəndərov Gəncədən Bakıya gətirilib və Moskvada təhsil almağa göndərilib.

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah obrazı sənətkarın ən yaddaqalan rollarından biri olub. O, bu obrazı 50 dəfədən çox səhnədə canlandırıb.

Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.

Hacıağa Abbasovun həyat yolu çətinliklərsiz keçməyib. Repressiyaya məruz qalıb, uzun müddət təqib olunub və Orta Asiyada məcburi sürgündə yaşayıb. Lakin orada da teatr fəaliyyətini davam etdirərək truppalar və dərnəklər yaradıb.

Hacıağa Abbasov 1975-ci il mayın 7-də Bakıda vəfat edib. O, həyatını səhnəyə, sənətkar nəslinin yetişməsinə və xalqın maariflənməsinə həsr edən görkəmli şəxsiyyət kimi Azərbaycan tarixində iz qoyub.

Son xəbərlər

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Oxşar xəbərlər