Bakının Nəsimi rayonunun Səməd Vurğun küçəsində gecələr tikinti işləri aparılır. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Ləğv olunmuş “Təzə Bazar”ın ərazisində gecə vaxtı betonqarışdıran maşınlar fəaliyyət göstərir və digər tikintiyə aid olan işlər aparılır. Sakinlərin sözlərinə görə, 3 aydır ki, texnika və tikinti səslərindən yatmaq mümkün olmur. İnşaat işləri gecələr davam edir.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/09/sequence-01_14.mp4"][/video]