"Kim deyir ki, qəpiyə güllə atmışam?".
Bakuplus.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində deyib.
Müğənni imkanının olmaması barəsində verilən suala əsəbiləşib:
"Heç vaxt qəpiyə güllə atmamışam. Anam fəhlə işləyib, bizi yedizdirib, geyindirib. Anam kitabı bizə 4 ədəd alardı, amma paltarı 1 ədəd alardı. Deyirdi, dərsdən gələndən sonra bir-birinizin paltosunu geyinə bilərsiniz. Ancaq hərənizə 1 kitab alıram ki, dalaşmayın, bəhanə gətirməyin ki, filan bacı vermədi, oxumadım".