Paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm, 55 ünvanında abadlıq işləri aparılır. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yenidənqurma işləri çərçivəsində yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış sularını axıdan borular yeniləri ilə əvəz edilib. Binanın giriş blokları, qəfəsləri, pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr təzələnib.
Hazırda binanın həyətində abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulub.
[caption id="attachment_89353" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]