Ötən gün Lökbatan qəsəbəsində qaz təchizatının dayandırılmasının səbəbi açıqlanıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Magistral qaz kəmərinin qaynaq tikişində 10 sm-lik çatın yaranması qəza təhlükəsi yaradıb. Bu səbəbdən qazın verilişi dayandırılıb. Təhlükə aradan qaldırılıb.
4 iyun saat 12:42-dən etibarən qaz təchizatı bərpa edilib.