Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirib. Bu haqda o, öz Twitter səhifəsində yazıb. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az məlumat verir.
“Fransa Senatının 2022-ci il 15 noyabr tarixli qətnaməsi:
- növbəti dəfə Fransanın regionda reallıqdan uzaq olan qərəzli mövqeyini göstərir;
- Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xidmət etmir;
- regionda sülhyaratma səylərinə xələl gətirir.
Ötən gün Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində baş tutan səsvermə yekunlaşıb. Anti-Azərbaycan qətnaməsinin qəbul edilməsinin lehinə 295 nəfər senat üzvü səs verib, 1 nəfər isə həmin qətnaməyə qarşı çıxıb.