Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” və Su çərşənbəsi ilə əlaqədar Müşfiqabad qəsəbəsinin ümumilikdə 1 hektar ərazisində müxtəlif ağaclar əkilib. Tədbirdə ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar və könüllülər iştirak ediblər.