Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinin girişi hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən Bakuplus.az məlumat verir.
Bununla əlaqədar ötən gecədən səhərə kimi sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda avtomobillərin hərəkəti bərpa olunub.