top
Meymunçiçəyi virusundan necə qorunmaq olar? – İNFEKSİONİSTDƏN ÖZƏL AÇIQLAMA
18 yanvar 2025, 04:33
- +

Meymunçiçəyi virusundan necə qorunmaq olar? – İNFEKSİONİSTDƏN ÖZƏL AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu barədə birgə məlumat yayıb.

Bu, ölkə üçün əhəmiyyətli bir xəbərdir, çünki meymunçiçəyi nadir rast gəlinən və genetik olaraq daha çox heyvanlardan insana ötürülən bir virusdur.

Meymunçiçəyi virusunun Azərbaycanda ilk yoluxma halının aşkar edilməsi insanlar arasında təşvişə səbəb olub. Virusun nadir və qeyri-adi olması, xüsusən də yeni bir ölkədə aşkarlanması, əhalinin narahatlığını artırır. Bu cür hallarda insanlar təbii olaraq qorxu və qeyri-müəyyənlik yaşayır.

Bəs görəsən, meymunçiçəyi virusundan necə qorunmaq olar?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, meymunçiçəyi virusuna görə təşvişə düşməyə ehtiyac yoxdur:

“Çünki sadəcə bir xəstə var. O da xaricdə səyahətə gedib və orada səpkili xəstə ilə təmasda olub. Düşünürəm ki, o şəxs karantinə götürülüb. Onun ailə üzvləri də nəzarətdədir. Yəqin ki, virus elə bununla da məhdudlaşacaq.

Yeni yoluxmaların olacağını düşünmürəm. Çünki bu virus sırf təmas yolu ilə yoluxan xəstəlikdir. COVID-19 kimi epidemiya törətmə potensialında olan xəstəlik deyil. Çünki hava-damcı yolu ilə ötürülmür. Yalnız sıx təmas yolu ilə yoluxur”.

Həkim qeyd edib ki, təşvişə düşməyə ehtiyac yoxdur:

“Bu virusdan qorunmaq üçün sadəcə qarşımızdakı insana fikir versək, artıq onun üzündə və əllərində səpkilərin olmasını görəcəyik. Düzdür, bütün bədəndə olur. Amma ən azından bütün bədənini görməsək də, əllərini və üzünü görürük. O zaman iri səpkilər müşahidə edəcəyik. Təmasda olmasaq artıq bizə yoluxmur. Təşvişə düşməyə də ona görə ehtiyac yoxdur”.

M.Əliyev meymunçiçəyinin simptomlarını sadalayıb:

“Xəstəliyin simptomlarına gəldikdə isə, yüksək qızdırma olur. Bütün bədən səpir, iri səpkilər müşahidə olunur. Daha sonra yaraya çevrilir. Çapığa çevrilib, sağalır. Limfa düyünlərinin böyüməsi də ola bilər. Halsızlıq, iştahasızlıq, əzələ və oynaq ağrıları müşahidə olunur.

Xəstəliyin əsas fərqləndirici əlaməti də bütün bədəndə iri səpkilərin olmasıdır. Əgər biz həmin xəstə ilə təmasda olmamışqsa, bizdə bu xəstəliyin olması ehtimalı yoxdur”.

Nəzrin Vahid 

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Bu gün, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Bu gün, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Bu gün, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Bu gün, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Bu gün, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Bu gün, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər