Fransanın Moksvadakı səfirliyinin qarşısında tutulan qadınlar barəsində tərtib olunan protokol açıqlanıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Azfront-a istinadən xəbər verir.
Protokola əsasən, saxlanılanlar Moskva şəhəri İcra Hakimiyyəti orqanları ilə razılaşdırılmamış piketdə könüllü olaraq iştirak ediblər və bununla da inzibati xəta törədiblər. İttiham olunan qadınlar yazılı izahat verməkdən imtina ediblər.
19 oktyabr 2022-ci il tarixində Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqlar aksiya keçirmişdilər. Piket zamanı 4 nəfər qadın saxlanılmışdır.