Paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Bu haqda bu gün 20 aprel tarixində Bakuplus.az ARB24-ə istinadən xəbər verir.
91 yaşı olan bina sözün əsl mənasında parçalanır. Sakinlər bildirirlər ki, eyvana çıxmaqdan belə qorxurlar.
“Səhər saat 5 radələrində 3-cü mərtəbənin balkonu demək olar ki uçaraq töküldü 2-ci mərtəbəyə. Allah üzümüzə baxdı ki, çöldə heç kim yox idi və xəsarət alan olmadı”, - deyə sakinlərdən biri qeyd edib.
Nərimanov rayon 38 saylı Mənzil Kommunal istismarı sahəsin rəisi Seyfəddin Heydərov məsələdən xəbərdar olduqlarını və müvafiq sənədlərin müvafiq orqanlara artıq göndərildiyini bildirib.
[caption id="attachment_41371" align="alignnone" width="800"]
Foto ARB24-ün rəsmi Youtube kanalı[/caption]