Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov, 2 ünvanında partlamış su borusu təmir olunub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, əraziyə xüsusi texnika və işçi briqadası cəlb edilib. Qəza olan yer qazılaraq boru təmir olunub.
Daha öncə, 20 iyul tarixində adıçəkilən ərazidə yeraltı su borusunda qəzanın baş verməsi barədə məlumat verilmişdir.
[URIS id=53675]