Paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 18 ünvanında yenidənqurma işləri yekunlaşır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Layihə çərçivəsində yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış sularını axıdan borular yeniləri ilə əvəz olunub. Həmçinin binanın giriş pilləkənləri əsaslı təmir olunub, qapı və pəncərələr yenidən qurulub.
Hazırda binanın həyətində yeni asfalt örtüyünün vurulması işləri aparılır. Bundan əlavə, rayonun digər ərazilərində də təmir-bərpa işləri təşkil olunur.