Bakının Nəsimi rayonunda abadlıq işləri davam edir. Rayonun müxtəlif ünvanlarında yol kənarlarındakı istinad divarlarında, piyada səkilərində cari təmir işləri aparılıb. Bu haqda bu gün, 23 fevral tarixində Nəsimi Rayon İcra hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Vaqif prospekti və Bakıxanov küçələri boyunca yararsız hala düşmüş istinad divarları rənglənib, piyada səkiləri də mərmər, qranit, tamet və üzlük daşlarla yenilənərək dəyişdirilib.
[URIS id=91773]