Bakının Nəsimi rayonunda təmir və təmizlik işləri aparılıb. Bu haqda bu gün, 11 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Rayonun kommunal xidmətlərinin əməkdaşları tərəfindən səkilər, bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində yaşıllıqlar, oturacaqlar təmizlənib.
İməcilik zamanı, həmçinin məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb.
[URIS id=93694]