Bakının Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən iməcilik keçirilib. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az məlumat verir.
İməcilik zamanı prospekt və küçələrdə səki kənarları, bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib. Eyni zamanda parklarda yararsız vəziyyətə düşmüş istinad divarlarında bərpa işləri aparılıb.
Qulluq zamanı abad həyətlər, xiyabanlar alaq otlardan təmizlənib, mərkəzi küçə və prospektlərdə yaşıllıq zolaqlarına qulluq göstərilərək mövsümi çiçəklər əkilib.
[caption id="attachment_109285" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]