Bakının Nəsimi rayonunda mövsümi yaşıllaşdırma işləri aparılıb. Bu haqda bu gün, 2 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Vaqif prospekti və Bakıxanov küçələri boyunca yerləşən yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub və Eldar şamı ağacları əkilib.
Ərazidə olan quru ağaclar budanıb, təmizlik işləri görülüb. Analoji tədbirlər digər ünvanlarda da davam edəcək.
[URIS id=92587]