Bakının Nəsimi rayonunda abadlıq və yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Ərazidə məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, həmçinin yaşıllıqların salınma işləri davam etdirilir.
Görülmüş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda yeni yaşıllıq zolaqları yaradılıb və qazon örtüyü salınıb. Əlavə olaraq xiyabanlarda mövsümi yaşıllaşdırma işləri aparılıb.
[caption id="attachment_117374" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]