Paytaxtın Nəsimi rayonunda növbəti iməcilik keçirilir. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik işləri çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda mövsümi budanma və alaq otlarının təmizlənməsi işləri aparılıb, magistral yol və prospektlərin kənarları yuyularaq təmizlənib. Həmçinin məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında da ümumi sanitar təmizlik işləri görülüb.
Hazırda rayonun digər ərazilərində də abadlıq işləri görülür.
[URIS id=92036]