Bakının Nəsimi rayonunda dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə silsilə tədbirlər baş tutub. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlər keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Gün ərazində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Tut əlimdən” adlı satış sərgisi olub. Tədbirdə uşaqların əl işləri satışa qoyulub. Mərkəzin dərnək üzvlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Sonra isə uşaqlar “Zabitlər Parkı”nda olan müxtəlif oyun elementlərində əyləniblər.
[URIS id=122070]