Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 26, 30 ünvanlarında abadlıq-quruculuq işlərinə başlanılıb. Bu haqda bu gün, 10 iyul tarixində Rayon İcra Hakimiyyətinə istinadən Bakuplus.az məlumat verir.
İşlər “Abad həyət” layihəsi çərçivəsində həyata keçirilir. Layihə zamanı yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış sularını axıdan boru və navalçaların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri nəzərdə tutulub.
Həmçinin həyətdə söhbətgahlar, oyun meydançaları yaradılacaq, ərazi abadlaşdırılacaq.