Nəsimi rayonunda növbəti iməcilik keçirilib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində insanların kütləvi şəkildə istirahət edəcəyi parklar, küçə və prospektlər, eləcə də xiyabanlar, binaların ətrafları təmizlənib və dezinfeksiya olunub.
Bundan əlavə, küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafları yuyulub.
İməcilik işləri rayonun müxtəlif ünvanlarında mütəmadi olaraq keçiriləcək.