Bakının Nəsimi rayonu ərazisində təmizlik işləri həyata keçirilib. Bu haqda bu gün, 11 fevral tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
İməcilik zamanı prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi kommunal xidmətlər tərəfindən həyata keçirilib.
Həmçinin küləyin yaratdığı fəsadlar aradan qaldırılır, sanitar təmizlik işləri aparılır. Magistral yolların, prospekt və küçələrin yol kənarlarında yerləşən yağış kürəbəndləri təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizləmə işləri aparılıb.
[URIS id=90330]