Paytaxtın Nəsimi rayonunda iməcilik və təmir işləri aparılır. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik işləri çərçivəsində prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, eləcə də yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənib. Yaşıllıq zolaqlarına qulluq göstərilib, eyni zamanda qazon örtükləri bərpa edilərək biçilib.
Bundan əlavə, rayonun Alı Mustafayev və Hüseynbala Əliyev küçələrində yeni işıqlandırma dirəkləri quraşdırılıb.
Hazırda abadlıq işləri rayonun digər ərazilərində də davam edir.
[caption id="attachment_99451" align="alignnone" width="896"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]