Nəsimi rayonunda abadlıq-quruculuq işləri həyata keçirilib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Nəsimi RİH-yə istinadən məlumat verir.
Təmir işləri rayonun Ceyhun Səlimov küçəsi, 9 ünvanında yerləşən ümumi yaşayış binasını əhatə edib. Aidiyyəti qurumun əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş həyətyanı sahədə asfaltlanma işləri aparılıb, eləcə də cari təmir işləri görülüb.