Nəsimi rayonunda - şəhid ailəsinin yaşadığı ünvanda təmir işləri aparılıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Şəhid Nurəddin Aslanovun ailəsinin yaşadığı Q.Quliyev küçəsi, 8 ünvanında abadlıq-quruculuq işləri aparılıb. Görülən işlər çərçivəsində binanın giriş hissəsi təmir olunmuş, ərazidə asfalt örtüyü yenilənmiş,təmizlik aparılmış, eləcə də yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Bundan əlavə, şəhidin xatirə lövhəsi yenidən qurulub.
Şəhid Nurəddin Aslanov 1974-cü ildə Bakıda anadan olmuşdur. O, 12 aprel 1994-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində şəhid olmuşdur.