Bakının Nəsimi rayonu, Hüseynqulu Sarabski və Mərdanov qardaşları küçələrinin kəsişməsində içməli su küçəyə axıdılır. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Yolun ortasında asfaltın altından su yola çıxır. Sakinlər bildirirlər ki, mövcud vəziyyət artıq 8 aydır ki, dəyişmir. Onlar məsələ ilə bağlı dəfələrlə “Azərsu”ya müraciət etsələr də, problem aradan qaldırılmayıb.