Bakının Nəsimi rayonunun küçələrində işıqlandırma sistemi yenilənir. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Küçələrdə və yaşayış massivlərində istismar müddəti bitən işıq dirəkləri yeni dirəklərlə əvəzlənir.
Rayonun Süleyman Rüstəm, İzzət Həmidov, Şəmsi Bədəlbəyli küçələrinin işıqlandırılması üçün yeni işıqlandırma dirəkləri qoyulub və bu istiqamətdə digər ünvanlarda da işlər davam etməkdədir.
[caption id="attachment_97234" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]