Paytaxtın Nəsimi rayonunda ənənəvi olaraq təmizlik işləri aparılıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumrayon iməciliyi çərçivəsində küçə və prospektlərdə, dayanacaqlarda, binaların bloklarında və giriş qəfəslərində sanitar təmizlik işləri aparılıb. Eyni zamanda ticarət obyektlərinin vitrinləri, abad həyətlərdə və parklarda ümumi sanitar təmizlik işləri də aparılıb.
İməciliyə sakinlər, idarə və təşkilatların nümayəndələri də qatılıblar.