Bakının Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən həyətdə 3 çoxyaşlı ağac kəsilib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Yerli sakinlər bildirirlər ki, bu hal bir neçə dəfə təkrarlanıb, və bu hələ başlanğıçdır: ərazidə digər ağaclar da kəsiləcək. Onlar, həmçinin bildiriblər ki, ağaclardan biri qurumuş olsa da, digər ağaclar salamat olub.
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağaclar əməkdaşlar tərəfindən qurumuş olduğuna görə kəsilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müvafiq rəy də verib.
ETSN-dən həmin məlumat təsdiqlənilib, əlavə edilib ki, qurumuş ağacların yerinə yeni ağaclar əkiləcək.