Bakının Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində kommunal xidmətlər tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, həmçinin yol kənarındakı məhəccərlər yuyulub. Mövsümlə əlaqədar olaraq parklarda, abad həyətlərdə fəvvarələr yuyulub və ağacların yarpaqları təmizlənib.
Əlavə olaraq ticarət obyektlərinin vitrinlərində sanitar təmizlik işləri aparılıb və dayanacaqlar təmizlənib.
[caption id="attachment_124301" align="alignnone" width="640"]
Foto Nəsimi RİH[/caption]